May 14 2019 14:32
Views: 431

Tel-Əvivdə "Eurovision-2019" mahnı müsabiqəsi başlayıb. Müsabiqə 41 ölkənin nümayəndəsinin iştirakı ilə Qabim teatrının qarşısında keçirilir. Şəhərin cənub sahilindəki Çarlz Klora parkında “Avroviziya kəndi” açılıb. Bu, müsabiqə tarixində ən böyük belə kompleksdir. 6 hektarlıq həmin ərazidə rəsmi fan-qruplar yerləşdirilib. Orada yayımları izləmək üçün 4 böyük monitor da quraşdırılıb.

İkinci yarımfinal mayın 16-da keçiriləcək. Final isə bu həftnin şənbə günü olacaq. Hazırda Tel-Əvivdə təhlükəsizlik tədbirləri gücləndirilib. Müsabiqə müddətində asayişin təmin olunmasına təxminən 20 min polis əməkdaşı cəlb edilib.

Yarışmada Azərbaycanı Çingiz Mustafayev “Truth” mahnısı ilə təmsil edəcək. Çingiz Mustafayev "Eurovision 2019"un ikinci yarımfinalında " 18-ci nömrə altında çıxış edəcək. Bukmeykerlər Çingizin şanslarını yüksək qiymətləndirir. Belə ki, ikinci məşqindən sonra o ilk  5-likdə qərarlaşıb.

Azərbaycan Eurovision mahnı müsabiqəsində 2008-ci ildən iştirak edir.2011-ci ildə Azərbaycanlı iştirakçılar Nigar Camal və Eldar Qasımov uğurlu çıxışı sayəsində müsabniqədə Azərbaycan qələbə qazanıb.  Yarışmanın qaydalarına uyğun olaraq  "Eurovision 2012" Bakıda keçirilib.


Create Account



Log In Your Account