Oct 04 2018 14:46
Views: 527

Qara Qarayevin 100 illik yubileyi qeyd olunur. Görkəmli bəstəkarın yaradıcılığına bu gün də bütün dünya heyranlıq duyur. İl boyu ölkə hüdudlarında və xaricdə konsert proqramları, festivallar, sərgilər keçirilib, oktyabrda isə Qara Qarayevin ev muzeyi ziyarətçilərin üzünə açılıb.
Bu evdə görkəmli bəstəkar Qara Qarayev demək olar bütün uşaqlıq illərini keçirib. Bu divarların arasında onun ilk nəğmələri səslənib. İndi bu evdə xatirə müzeyi açılıb. Divarların xatirəsi video instalyasiyalarda öz əksini tapır, bəstəkar gözlərimizin önündə dəyişir, məktəbli və tələbədən əsl ustad bəstəkara çevrilir. Hər eksponat Qara Qarayev yaradacılığının ayrı-ayrı səhifəsini canlandırır. İlk monumental klassik əsərlər - hələ tələbəlik illərində yazmağa başladığı opera və baletlər. “Yeddi gözəl”, “İldırımlı yollarla”, “Leyli və Məcnun” - bu əsərlər bəstəkara dünya şöhrəti qazandırıb.  
Qara Qarayev həm də dram teatrda işləməyi sevirdi.  Yaradıcılığının bu hissəsi haqda bəstəkarın musiqisinin səsləndiyi tamaşaların afişa və şəkilləri danışır. 
Müzeyin divarlarında mayestronun taleyinə yaxından bağlı olan insanların şəkilləri ziyarətçilərə nümayiş olunur. Qara Qarayevin yaradıcılığında önəmli rol oynayan Üzeyir Hacıbəyli və Dmitriy Şostakoviç belələrindəndir. 
Azərbaycan klassik musiqi sənətinin banisi Üzeyir Hacıbəyli o zaman hələ çox gənc olan Qara Qarayevə xalq musiqisinin əsaslarını öyrədirdi. Məhz, Üzeyir Hacıbəylinin səyi nəticəsində gənc bəstəkar Moskvaya Çaykovski adına konservatoriyaya təhsil almağa göndərilib. Moskvada isə onun müəllimi Dmitriy Şostakoviç oldu.  
Muzey eksponatları Qara Qarayevin xatirəsini yalnız bəstəkar kimi özündə əks etdirmir. Mayestorunun digər məşğuliyyəti də fotoşəkillər idi. Bəstəkarın qızı deyir ki, Qara Qarayev hər səyahətdən qayıdanda metrlərlə fotofilmlər gətirirdi.
Muzey çox maraqlı və interaktiv alınıb. Otaqlarda mayestorunun səsi və onun əfsanəvi musiqisi səslənir. Bəstəkarın ev muzeyi barədə çox danışmaq olar, amma bütün bunları canlı görmək daha maraqlıdır.  Bu ilin oktyabrından Qara Qarayevin ev muzeyi bütün ziyarətçilərin üzünə açıqdır.


Create Account



Log In Your Account