Mar 26 2020 14:35
Views: 443

Koronavirus təhlükəsinin yayılmasının qarşısını almaq üçün evdə oturan insanlar kitab oxuyur, şəkil çəkir və digər işlərlə məşğul olurlar. Gənclər və İdman Nazirliyi karantin şəraitində evdə qalan əhalini fürsətdən istifadə etməyə və idmanla məşğul olmağa çağırıb. Nazirlik “İdman TV” ilə birgə yeni – “Evdə qal, idmansız qalma!” televiziya layihəsinə start verib.

Layihənin əsas məqsədi idmana marağı artırmaq, vətəndaşların evdə qaldıqları müddət ərzində idmandan, sağlam həyat tərzindən uzaq düşməmələridir.

Layihənin ilk qonağı olimpiya və dünya çempionu Fərid Mansurov olub. Növbəti günlərdə olimpiya çempionu Elnur Məmmədli, Toğrul Əsgərov və digər idmançılar da TV layihəyə qoşulacaqlar.

 


Create Account



Log In Your Account