Nov 19 2019 18:45
Views: 89

 “Yaşlı insanlar əksər hallarda artıq iqtisadiyyata töhfə verməyən yük kimi qəbul edilir. Əslində isə onlar Azərbaycan da daxil olmaqla dünyanın hər bir yerində ailələr, icmalar və cəmiyyət üçün olduqca böyük töhfələr verirlər. Bunu BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev “Ahılların fəal iştirakını təşviq edən məlumatlandırma kampaniyası”na başlanması ilə əlaqədar tədbirdə deyib. Onun sözlərinə görə Azərbaycan əhalisi nisbətən cavan yaş strukturuna malikdir. Tədbirdə Qeyd olunub ki, “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi hökumətin “fəal yaşlanma” prosesinin təşviqi istiqamətində göstərdiyi səylərə dəstək vermək məqsədini daşıyır.

Layihə müştərək sosial xidmətlər vasitəsilə yaşlıların daha sağlam və müstəqil həyat sürmək imkanının dəstəklənməsinə yönəlib.  Tədbir çərçivəsində pensiyaçıların əl işlərindən ibarət sərgi də nümayiş olunub.

Maarifləndirmə və təşviqat proqramı çərçivəsində Bakı və Mingəçevir şəhərlərində, Bərdə, Lənkəran və Xaçmaz rayonlarında əhalinin yaşlı təbəqələri ilə mütəmadi məlumatlandırma görüşlərinin keçirilməsi nəzərdə tutulur.


Create Account



Log In Your Account