Nov 01 2018 15:37
Views: 446

10 gün ərzində müxtəlif sərgilər, müsabiqələr, film nümayişləri, ustad dərsləri və digər tədbirlər... Bu gün start götürən “Fantaziya” festivalı çərçivəsində Bakı sakinləri və qonaqları belə maraqlı tədbirlər gözləyir. Festival Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə həyata keçirilir.  Əsas məqsəd Bakının tarixi mədəni irsinin şəhərin müasir inkişaf tempi ilə sintezini təqdim etməkdir.
Təşkilatçılar bildirir ki, Avropa İttifaqı hər zaman tərəfdaş ölkələrlə mədəni mübadiləni həyata keçirmək niyyətindədir. ölkələr arasında ortaq dəyərlərin qorunması bu tipli layihələrin əsas məqsədidir.  Layihəni Azərbaycandakı bir çox avropa ölkəsinin səfirliyi də dəstəkləyir.
İlk dəfə “Fantaziya” beynəlxalq festivalı çərçivəsində Bakıda tanınmış portuqaliyalı musiqiçi Miroka Pariş çıxış edəcək. O, komandası ilə birlikdə gələcəkdə də Azərbaycan musiqilərini kompozisiyalarında istifadə etmək niyyətindədir.
Qeyd edək ki, noyabrın 1-dən 10-na qədər davam edəcək festival çərçivəsində konsertlərlə yanaşı ekskursiyalar, seminarlar, müsabiqələr, yerli və xarici mütəxəssislərlə görüşlər təşkil olunacaq. Tədbirlər Bakının müxtəlif tarixi məkanlarında keçiriləcək.


Create Account



Log In Your Account