Sep 20 2018 16:02
Views: 581

Azərbaycanda mədəni irsin qorunub saxlanılmasının təbliği məqsədilə I “Fantaziya” festivalı keçiriləcək. Tədbir "Avropa mədəni irs ili" çərçivəsində təşkil olunacaq. Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas məlumat verib. Qeyd edib ki, noyabrın 1-10-da keçiriləcək festival çərçivəsində konsertlər, ekskursiyalar, seminarlar, film nümayişləri, sərgilər, müsabiqələr, yerli və xarici mütəxəssislərlə görüşlər kimi müxtəlif tədbirlər təşkil olunacaq. Festivalın adı Bakıda XIX əsrin sonlarında inşa edilmiş, Şərqlə Qərb üslublarının vəhdətini təqdim edən məşhur memarlıq incisi olan “Fantaziya” hamamından götürülüb.


Create Account



Log In Your Account