Nov 10 2018 18:20
Views: 407

Avropanın mədəni irsi ili çərçivəsində  Bakıda ilk dəfə keçirilən “Fantaziya” festivalı yekunlaşıb. Tədbirin təşəbbüskarı qismində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi çıxış edib. Əsas məqsəd mədəni-tarixi irsin qorunması, həmçinin ictimaiyyətə az məlum olan memarlıq abidələrinin tanıdılmasıdır.
Bakıda keçirilən festival çərçivəsində konsertlər, fotosərgilər, bədii instalyasiyalar, müsabiqələr yerli və beynəlxalq mütəxəssislərlə görüşlər baş tutub, Bakının tarixinin az bilinən səhifələrinə işıq salan xüsusi turlar təşkil edilib. Tədbirlərdə təkcə şəhər sakinləri deyil, Avropa İttifaqından xüsusi olaraq festivala gələn incəsənət xadimləri, mütəxəssislər də iştirak ediblər.
Fantaziya festivalı Avropa İttifaqı və Azərbaycan arasında humanitar əməkdaşlığı əks etdirən yeganə tədbir deyil. Avropa İttifaqının Azərbaycandakı nümayəndələrinin təşkilatçılığı ilə xarici musiqiçilərin konsertləri, Azərbaycanın istedadlı gəncləri üçün təhsil proqramları keçirilir. Bu tədbirlər təkcə Bakıda deyil, regionlarda da təşkil olunur. Artıq hər il keçirilən Avropa film festivalı bir ənənəyə çevrilib. İmagine-Avropa Tolerantlıq festivalı da Avropa İttifaqının reallaşdırdığı layihələr içərisində xüsusi yer tutur.  
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri gələcəkdə əməkdaşlığın genişləndiriləcəyinə əmindir. Buna,  Bakı və Brüssel arasında yeni razılığın əldə olunması üçün danışıqların dekabrda keçirilən növbəti mərhələsi də təkan verəcək.


Create Account



Log In Your Account