Dec 13 2018 17:55
Views: 512

Kənd Təsərrüaftı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı- FAO  ilə əməkdaşlıq çərçivəsində heyvandarlığın inkişaf etdirilməsi üzrə iki həyata keçirəcək. Layihələr barədə məlumat verən Təşkilatın Azərbaycandakı nümayəndəliyinin  rəhbəri Melek Çakmak bildirib ki, əsas məqsəd Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verməkdir.

Heyvandarlığın ixracyönümlü sahə olduğunu deyən Melek Çakmak əlavə edib ki, məhsuldarlığı artıraraq dəyər zənciri yanaşması ilə bu sektorun daxili bazardakı mövqeyini yaxşılaşdırmaq lazımdır. Hər iki layihə heyvandarlıq sahəsində ilkin istehsal prosedurlarından başlayaraq qida məhsuluna çevrilməsinə qədər olan dövrü əhatə edir. 

Hər iki layihə 3 il müddətində həyata keçiriləcək. Kənd təsərrüfatı nazirliyi FAO ilə əməkdaşlıq çərçivəsində daha 4 layihənin icrasını planlaşdırır. Bundan başqa, nazirlik AMAL layihəsini FAO ilə icra etmək niyyətindədir.


Create Account



Log In Your Account