Apr 21 2017
Views: 28

MDB məkanında ilk dəfə keçirilən “Bakı Shopping Festival” davam edir. Festivala qoşulan mağaza və ticarət mərkəzlərinin sayı hər gün artır. Festival çərçivəsində “Fashion Pavilion” da fəaliyyətə başlayıb. Burada 16-sı milli olmaqla, ümumilikdə 23 müəllifin brend geyim, aksessuar və mebel əşyaları təqdim olunur. Bu isə o deməkdir ki, Bakı Şopinq Festivalı həm də gənc və istedadlı Azərbaycan dizaynerlərinə öz alıcılarını tapmaq üçün bir şansdır.
“Fashion Pavilion” istənilən tərzdə eksklüziv brendlərin tikiliş və satışını həyata keçirir. Bütün nümayiş olunan mallar əl işi olmaqla yüksək keyfiyyət və müasir dəbə əsaslanır.
“Fashion Pavilion” Bakı ticarət festivalı müddətində, həftənin hər günü səhər saat 10-dan 21-dək fəaliyyət göstərəcək. Alıcıları müxtəlif endirimlərdən yararlana və əldə etdikləri məhsulun əlavə dəyər vergisini geri ala bilərlər.


Create Account



Log In Your Account