May 07 2018 16:39
Views: 641

9 May qələbə günü ərəfəsində 93 yaşlı veteran Qara Sarıyev gününün hər saatını qrafik üzrə bölür. O, tələbələrlə, şagirdlərlə, ictimaiyyət nümayəndələri ilə görüşlər keçirir, jurnalistlərlə söhbətə vaxt ayırır. Bu günlərdə ən sevdiyi pencəyini geyinir. Bu pencəyin yaxasında isə onlarla oden və medal var. Həmin medalların hər biri Qara Sarıyevin 19 yaşından başlayan müharibə xatirələrini daşıyır.
Əvvəlcə hərbi təlimlər, sonra kəşfiyyat məktəbi... Sovet ordusunun döyüşçüsü Sarıyev demək olar ki, Avropanın yarısını keçib. Ən dəhşətli döyüşlər isə Polşada, Osvensimdə baş verib. 93 yaşlı veteran Polşa ərazisindəki döyüşlərin hər bir təfərrüatını xatırlayır. Bu xatirələri hətta kitabda topladığını deyir. Ən böyük konslager haqqında o zaman sovet əsgərləri sona qədər məlumatsız olub. yalnız Auşvitz ələ keçiriləndən sonra Qara Sarıyev burda milyonlarla insanın məhv edildiyini öyrənir.
Qara Sarıyevin döyüş yolu, yalnız yazıçıların deyil, rəssamların da diqqətini cəlb edib. Onun bu böyük portreti rəssam Darya Şiqayevanın 9 may qələbə günü münasibətilə veterana hədiyyəsidir.
Böyük Vətən Müharibəsində azərbaycanlıların göstərdiyi şücaət heç vaxt yaddaşlardan silinməyəcək. Bu, Azərbaycanda növbəti nəsillər üçün də əsl qəhrəmanlıq nümunəsi olacaq. Qara Sarıyev kimi minlərlə veteranın xidmətlərini bu gün gənc nəsil minnətdarlıqla xatırlayır.


Create Account



Log In Your Account