May 08 2020 18:52
Views: 349

“Valday” beynəlxalq diskussiya klubu İkinci Dünya Müharibəsində qəlbənin 75 illiyinə həsr olunan onlayn müzakirə keçirib. Çıxış edənlər faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycanın rolunu xüsusi qeyd ediblər. Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy CBC-nin sualına cavabında bildirib ki, Azərbaycan qələbəyə böyük töhfələr verib. Onlayn konfransın iştirakçıları indi bəzi ölkələrdə faşizmin qəhrəmanlaşdırılması tendensiyasına da toxunublar. Milli Məclisin sədri Sahibə Qafarova isə məsələni Rusiya Federal Məclisinin Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin təşkilatçılığı ilə Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümünə həsr olunmuş videokonfransda gündəmə gətirib. Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Ermənistanda faşist Njdenin qəhrəman kimi təqdim edilməsini beynəlxalq platformalarda pisləyib. Bildirib ki, bu, Ermənistanın rəhbərliyinin ideologiyasını nümayiş etdirir.


Create Account



Log In Your Account