Oct 15 2019 17:14
Views: 279

Qaregin Nijde 30-cu illərdə faşist ideologiyasının formalaşmasında fəal iştirak edib. 1936-cı ildə ABŞ-dan Münhenə gəldikdən sonra oun xidmətlərindən Faşist Almaniyası da istifadə edib. Bir millətin digərlərindən üstün olduğunu təbliğ edən silsilə məqalələri dərc olunub. Respublikaçılar Partiyasının hakimiyyəti dövründə Qaregin Nijdenin faşist ideologiyasını təbliğ edən kitablar nəşr olunub. Onun şərəfinə özünü Nijdnin davamçıları elan edən döyüş klubları, ideoloji təşkilatlar yaradılıb.
İkinci dünya müharibsi dövründə Nijde faşistlərlə əməkdaşlığı davam etdirib. Bu gün isə Ermənistanın bir sıra güc strurkturlarının rəmzləri Üçüncü Reyxin gerbinə bənzəyir.
Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Sovet ittifaqı xalqlarının faşizm üzərində qələbəsinə vahid münasibət ortaya qoymağın vacibliyini və faşizmin qəhərmanlaşdırılmasının yolverilməzliyini qeyd edib.
Qaegin Nijde Böyük Vətən müharibəsi illərində çoxlu sayda ermənini cəlb etməklə SSRİ ərazisində dəfələrlə terror və diversiya aktları həyata keçirib. Bu barədə faktlar tarixi sənədlərdə də öz əksini tapıb.
Ekspertlər hesab edirlər ki faşizmin qəhərmanlaşdırılması müharibədə həyatını itirmiş milyonlarla insanın xatirəsinə hörmətsizlikdir.


Create Account



Log In Your Account