Jan 15 2019 14:49
Views: 390

Fidanın sərgidə nümayiş olunan rəsm əsərləri ilk baxışdan diqqəti cəlb edir. Onun özünəməzsus üslubu, rənglər dünyası var. Fidanın əsərlərində daim axtarışda olan, fərqli yaradıcılıq üslubuna malik rəssamın dəst-xətti aydın görünür. 

Fidan ADA Universitetinin məzunudur. Rəsm sənətinin sirlərinə Azərbaycan Memarlıq və İnşaat Universitetində fərdi rəsm məşğələlərində, Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında, Londonda Müqəddəs Martin adına İncəsənət və Dizayn Kollecində incəsənət kurslarında yiyələnib. Sərgi üçün “Həyat şəfqəti” adını Fudan özü seçib. 

Fidan Əliyevanın ilk fərdi sərgisi 2016-cı ildə açılıb. Sərgi “Günəşə doğru” adlanıb. Onun əsərlərinin mövzu dairəsi genişdir – gülləri və yetişmiş meyvələri təsvir edən natürmortlar günəşli yay və həzin payız mənzərələri ilə əvəzlənir.

Fidanın yaratdığı kompozisiyalar yanaşma tərzi baxımından müxtəlifdir. Rəssam sanki yaradıcılıq azadlığını hiss edərək təxəyyülündə olanları tablolara köçürür.

Sərgidə Fidan Əliyevanın 40-a yaxın əsəri nümayiş etdirilir. Sərgi yanvarın 21-dək davam edəcək.


Create Account



Log In Your Account