Aug 01 2019 18:10
Views: 188

Gələn ildən etibarən Azərbaycanda fermer kooperativləri ilə bağlı yeni subsidiya sistemi tətbiq olunacaq. Bunu jurnalistlərə açıqlamasında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib. Onun sözlərinə görə, 50 hektardan yuxarı torpağı olan kooperativlərə əkin subsidiyasına 10% əlavə vəsait veriləcək. Məqsəd ondan ibarətdir ki, fermerlər birləşərək istehsal xərclərini aşağı salsınlar. Eyni zamanda, birgə fəaliyyət nəticəsində onların maliyyə imkanları genişlənəcək ki, bu da məhsuldarlığa müsbət təsir göstərəcək. Agentlik sədri onu da deyib ki, bu ilin sonuna Azərbaycandakı fermerlərə fermer kartlarının paylanmasına başlanılacaq. Bank kartlarını “Kapital Bank” təqdim edəcək.


Create Account



Log In Your Account