Jul 17 2019 18:34
Views: 256

Bu ilin ilk yarısında Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyi 719 fermerə ümumi dəyəri 82 milyon manat həcmində maddi vəsait ayırıb. Bu barədə Agentliyin sədri Mirzə Əliyev bildirib. Agentlik 328 fermerə 11,35 milyon manat dəyərində kredit verib. Texnika alan fermerlər əvəzindən 27,1 milyon manat vəsait agentlik tərəfindən təchizatçılara subsidiya kimi köçürülüb. Texnika alışı üçün 236 fermerə 12,67 milyon manat güzəştli kredit ayrılıb.

Agentliyin sədri  bildirib  ki, əgər ötən ilin ilk yarısında 62,8 milyon manatlıq kənd təsərrüfatı texnikası satılmışdısa, bu il həmin rəqəm 12 faiz çox, yəni 70,7 milyon manat təşkil edib.  Biçin mövsümü də fermerlər üçün məhsul itkisi olmadan başa çatıb.

Azərbaycanda kənd təsərrüfatının inkişafını daha da stimullaşdırmaq, habelə biznes fəaliyyətinə dəstək olmaq üçün müxtəlif layihələr həyata keçirilməsi planlaşdırılr.


Create Account



Log In Your Account