Dec 10 2019 21:01
Views: 148

"Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi təkcə fermerlərə sibsidiya vermək üçün nəzərdə tutulmayıb. Subsidiyaların elektron qaydada verilməsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin fermerlərə yaratdığı imkanlardan biridir.” Bu fikirləri Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Samux, Göygöl, Daşkəsən və Goranboyda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı keçirilən görüşlərdə deyib. Onun sözlərinə görə, Fermerlər sistem vasitəsilə bir çox aqrar xidmətləri sifariş edə biləcəklər. Fermerlər evdən çıxmadan, təsərrüfatdan ayrılmadan, mobil telefon, planşet, masaüstü kompüter vasitəsilə baytarlıq, fitosanitar xidmətlər sifariş edəcəklər. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən aqrar kredit almaq üçün müraciət etmək imkanı da yaradılıb. Nazirlik fermerləri prosesdə fəal iştirak etməyə çağırıb. EKTİS sisteminin imkanlarından fermerlərə aqrotexniki tədbirlərin qrafikinə dair məlumatların, meteoroloji məlumatların ötürülməsində də istifadə olunacaq. Gələcəkdə fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən öz məhsullarını satmaq üçün də istifadə edə biləcəklər. Bu imkanlardan yararlanmaq üçün fermerlərimiz sistemdə qeydiyyatdan keçməli, özlərinə şəxsi kabinet yaratmalıdır. Artıq bu proses ölkə üzrə başa çatmaq üzrədir. Kənd Təsərrüfatı Nazirliyi 32 rayonda yeni Sisteminin tətbiqi ilə bağlı görüşlər, maarifləndirici sessiyalar keçirib.


Create Account



Log In Your Account