Dec 03 2019 16:39
Views: 255

“ Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçərək özlərinə şəxsi kabinet yaratmış fermerlərin payızlıq əkinləri bəyan etməsi prosesi başlayıb. Kənd təsərrüfatı istehsalçıları əkdikləri məhsulu bəyan etməklə 2020-ci ildən elektron sistem üzərindən subsidiya almağı təmin etmiş olacaqlar”. Bu fikirləri Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Xaçmaz rayonunda yerli icra hakimiyyəti strukturlarının nümayəndələri, şəhər ictimaiyyəti ilə keçirdiyi görüşdə səsləndirilib. Nazir müavini bildirib ki, 2020-ci ildən başlayaraq aqrar subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcək. O, il ərzində 350 mindən artıq fermerin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində şəxsi kabinet yaratdığını, 100 mindən artıq fermerin isə payızlıq əkinləri bəyan etdiyini bildirib. Prosesi sürətləndirmək üçün yeni subsidiya mexanizminin tətbiqi ilə əlaqədar maarifləndirmə işləri aparır.


Create Account



Log In Your Account