Jun 04 2019 18:31
Views: 302

“Aqrar sığorta haqqında” qanun layihəsinə xeyli dəyişilik edilib. Bu barədə Milli Məclisin aqrar siyasət komitəsinin iclasında məlumat verilib. Qeyd olunub ki, kənd təsərrüffatında  sığortanın stimullaşdırılması üçün bu qanunun böyük əhəmiyyəti var. 

Qanun layihəsinə əsasən, fermerlər öz təsərrüfatlarını könüllü olaraq sığortalaya bilərlər. Bu zaman ziyan görmüş fermerin sığorta ödənişini ala bilməsi üçün sığorta hallarının siyahısı müvafiq qaydalarda dəqiq göstəriləcək.

Layihənin müzakirəsi zamanı təklif edildi ki, fermerlər təbii fəlakətlərlə yanaşı, təbiət hadisələrindən də sığortalanmalıdır. Layihəyə görə, əgər idarəedici qurum sığorta ödənişinin imtina edərsə, fermer həm Apelyasiya Şuralarına, həm də  məhkəmələrə şikayət verə bilər. Layihə ikinci oxunuşda plenar iclasa tövsiyyə edilib.


Create Account



Log In Your Account