May 20 2019 19:52
Views: 226

Goranboy rayonunda Kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə fermerlərlə görüş keçirilib. 300-dək fermer qatıldığı görüşdə aqrar sahədə mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib ki, rayonda taxılçılıq, pambıqçılıq, baramaçılıq və heyvandarlıq inkişaf edir. Əsas problemin suvarma suyunun çatışmazlığı olduğunu, bu məsələnin həlli üçün tədbirlər görüldüyünü diqqətə çatdırıb. 
“Biz fəaliyyətimizdə fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsiplərini əsas götürürük. Bu cür görüşlərin keçirilməsində məqsəd fermerlərin qayğı və problemlərini dinləmək, təxirəsalınmaz tədbirlər görməkdir” – İnam Kərimov belə deyib. Nazir kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb. Dialoq formatında keçirilən görüş üç saata yaxın davam edib.


Create Account



Log In Your Account