Aug 06 2019 14:39
Views: 207

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə subsidiyaların ödənilməsi üzrə yeni qaydaların tətbiqi əlaqədar təlimlərə başlayıb. Aqrar Kredit və İnkişaf Agentliyinin təşkil etdiyi təlimlərdə  60 rayonun Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri və nazirliyin müvafiq şöbələrinin əməkdaşları iştirak edir. 9 gün keçiriləcək təlimlərə 200 nəfər mütəxəssis qatılacaq. “Təlimçilərin təlimi” kimi hazırlanan bu mütəxəssislər həm öz çalışdıqları, həm də fermerlərə subsidiyaların verilməsi ilə əlaqəli olan digər qurumların əməkdaşlarının yeni mexanizmlə bağlı məlumatlandırılmasını təmin edəcəklər. Prezident İlham Əliyevin bu il iyunun 27-də imzaladığı “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanı ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” təsdiqlənib. Qaydaya görə, 2020-ci il yanvarın 1-dən etibarən, fermerlərə subsidiyaların ödənilməsi üçün sənədlər elektron sistem üzərindən yığılacaq.  


Create Account



Log In Your Account