Aug 05 2020 18:12
Views: 435

Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsi fermerlərin gəlirlərinin artımına səbəb olacaq.  Bunu Aqrar tədqiqatlar mərkəzinin direktoru Firdovsi Fikrətzadə layihə üzrə onlayn görüşdə deyib. Onun sözlərinə görə layihə əlavə dəyər zəncirinin  yaranmasına təkan verəcək ki, bu da gələcəkdə Kənd təsərrüffatı sahəsinə müxtəlif təsirlərini göstərəcək.

Qeyd  olundu ki, layihə çərçivəsində mobil tətbiq hazırlanır ki, bu aplikasiya əsasında fermer qrupları yaradılacaq. Bu qruplara daxil olan fermerlər məlumat-informasiya xidmətinə çıxış əldə edə biləcəklər.  onlar məşğul olduqları istiqamətdə peşəkarların məsəhətlərini ala biləcəklər. Firdovsi Fikrətzadənin sözlərinə görə bu tətbiq məhsulun emalından tutmuş istehlakçıya çatdırılmasına kimi bütün mərhələlərdə fermelərin yeni üsullardan istifadə etməsinə imkan verəcək

Qeyd edək ki, layihə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, avropa birliyi və Aqrar tədqiqatlar mərkəzi tərəfindən icra olunur. Məqsəd bazarın potensialını öyrənərək, inkişafın qarşısını alan amilləri aradan qaldırmaqdır. Layihəyə könüllülərin də cəlb olunmasi planlaşdirilir.


Create Account



Log In Your Account