May 04 2018 16:55
Views: 552

İkinci İMAGİNE Avropa Tolerantlıq Festivalı çərçivəsində ilk iki film nümayiş etdirildi. Onlardan birincisi macar istehsalı “SİNG”, yəni “Oxu!” filmidir. Ekran əsəri azyaşlılardan ibarət xor qrupunun birliyindən bəhs edir. Yarım saatlıq qısa film Azərbaycan tamaşaçısının böyük marağına səbəb oldu.
Digər ekran əsəri isə “Latviya istehsalı olan Solving my mother” filmidir. Tammetrajlı film ailə daxilində münasibətlərin tənzimlənməsinə həsr olunub. Ekran əsəri məişət probleminin əsasında təkcə Latviya cəmiyyətini deyil, bütün insanları düşündürən məqamları açır. Tamaşaçıların fikrincə, Tolerantlıq festivalı çərçivəsində nümayiş olunan filmlər mədəniyyətləarası dialoqun inkişaf etdirilməsində, Avropa ölkələri ilə Azərbaycan arasında mədəni əlaqələrin gücləndirilməsində əhəmiyyətli vasitə olacaq.
Filmin moderatoru rejissor Əfsanə Yusifovadır. Tamaşaçılarla müzakirədə filmə ikinci dəfə baxdığını deyən rejissor bəzi səhnələrdə özünün də rastlaşdığı problemi gördüyünü, ekran əsərinin kifayət qədər təsirli mesaj ötürdüyünü bildirdi.
Filmin rejissoru Leva Ozolina nümayişdən sonra filmə gələn rəylərdən, tamaşaçıların marağından razı qaldığını bildirdi. Düşünür ki, film festivalı fikir mübadiləsi aparmaq, Azərbaycan cəmiyyətinin düşüncəsinə bələd olmaq baxımından gələcək fəaliyyətində onun üçün yaxşı təcrübə olacaq.
İkinci “IMAGINE” Avropa Tolerantlıq Festivalı mayın 17-dək davam edəcək. Festival çərçivəsində 30 ölkədən 38 filmin nümayişi nəzərdə tutulub.


Create Account



Log In Your Account