May 17 2018 20:32
Views: 262

Sayca üçüncü dəfə keçirilən Bakı Şopinq Festivalı alış-veriş həvəskarlarını sevindirməyə davam edir. “Alış-verişiniz sizə hədiyyə qazandırsın!” şüarı ilə təşkil olunan festival çərçivəsində keçirilən onlayn lotoreya böyük maraq var. Artıq 1000-dən çox iştirakçı onlayn lotereyada şansını sınayıb. 200-dən çox alış-veriş həvəskarı dəyərli hədiyyələr qazanıb. Lotoreya qaliblərinə  müxtəlif hədiyyələr  təqdim edilib.
Alıcılar bir dəfə alış-veriş etməklə lotoreyada iki iştirak şansı qazanır. Festival çərçivəsində alıcılara təqdim olunan ən qiymətli hədiyyə  Nissan Sunny avtomobili olacaq. Lotoreyanın uduş tarixi isə  mayın 31-idir.
Üçüncü Bakı Şopinq Festivalına qoşulan mağazalardan 100 manatdan çox alış-veriş edən hər kəs Əlavə dəyər vergisininin bir hissəsini geri almaq imkanı qazanır. Həmin məbləği nağd və ya bank hesabına, karta köçürmə yolu ilə əldə etmək mümkündür.


Create Account



Log In Your Account