Jun 30 2018 19:15
Views: 504

Koreyanın milli mətbəxi əsasən düyü, şorbalar və qəlyanaltılardan ibarətdir. Bu mətbəxdə çörəyi düyü əvəz edir və düyü olmadan heç bir yemək yeyilmir.  Koreya mətbəxi festivalı ölkənin yemək mədəniyyəti ilə tanış olmaq istəyənlər üçün yaxşı imkandır. Buxara verilmiş lobya, üzüm yarpaqlarına bükülmüş düyüdən hazırlanmış yemək növləri və sair... Yemək festivalında mal və toyuq əti ilə birgə müxtəlif tərəvəzlərdən ibarət qəlyənaltılar və içkilər də təqdim olunub.
Baş aşpazın hazırladığı bu təam Kimçi adlanır. Koreyalılar öz süfrələrini əsasən acılı sousla Pekin kələmindən ibarət bu yemək növü və düyüsüz təsəvvür edə bilmirlər.
Festival iştirakçılarının sözlərinə görə, belə tədbirlər ölkənin ənənələri ilə tanış olmağa imkan yaratmaqla yanaşı, iki ölkə arasında mədəni əlaqələrin genişlənməsinə müsbət təsir göstərir. Azərbaycan, zəngin multikulturalizm ənənələri olan dövlət kimi digər xalqların mədəniyyətinə həmişə hörmətlə yanaşır.
Qeyd edək ki, bu, Azərbaycanda keçirilən ikinci Koreya mətbəxi festivalıdır. İlk festival 2016-cı ildə keçirilib.


Create Account



Log In Your Account