Oct 16 2019 16:42
Views: 279

Dünyaca məşhur ispan rəqsi Flamenko Bakıda böyük maraqla qarşılanıb. Konsert İspaniyanın milli günü münasibətilə təşkil olunub.
İncəsənət, həyəcan və qratsiya – Flamenko bütün bunları özündə birləşdirir. Sehrli rəqslərlə müşayiət olunan İspan milli musiqisinə etinasız qalmaq mümkün deyil. Azərbaycan tamaşaçılarına parlaq ifanı İspaniyadan dəvət olnmuş peşəkarlar təqdim edib.
Konsert proqramı İspaniyanın Mili Gününə həsr olunub. İspaniyada bu günü hər il ənənəvi olaraq musiqi və rəqslə qeyd edirlər.
Qonaqlar bildiriblər ki, Azərbaycan mədəniyyəti və qonaqpərvərliyi onlarda xoş hislər yaradıb. Bakını yenidən görmək üçün yenidən qayıtmaq arzusundadırlar.


Create Account



Log In Your Account