Jan 24 2019 16:19
Views: 561

Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında danışıqların yeni mərhələsi münaqişənin həllinə müsbət töhfəl verəcək”. Bunu Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında qurumda Azərbaycanın nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Raffael  Hüseyovun suallarına cavab olaraq Finlandiya Prezidenti Sauli Niiniströ deyib. Bu haqda Milli Məclisin üzvü Qənirə Paşayeva CBC-yə açıqlamasında bildirib.

“Bu suallar köçkünləri evindən köçkün salan səbəblərlə - işğal, müharibələrlə mübarizə istiqamətində Avropanın səylərinin gücləndirilməsi ilə bağlı idi. Və təbii ki,  Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqəli sual verildi. Finlandiya ATƏT-in Minsk qrupunun üzvlərindən biridir. Minsk qrupunun fəaliyyəti nəticəsində münaqişənin həlli, tənzimlənməsi istiqamətində heç bir irəliliyş əldə olunmayıb.  Bu mövzularla bağlı suallar ünvanladıq. O, köçkünləri köçkün salan səbəblərlə mübarizədə ortaq səylərin gücləndiriməsinin vacibliyini vurğuladı. Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi istiqamətində məsələyə gəlincə, vurğuladı ki, Azərbaycan və Ermənistan arasında danışıqlarda yeni mərhələ başlayıb. Ümid edirik ki, bu mərhələdə danışıqlar öz müsbət töhfələrini verə biləcək deyərək optimist yanaşma ilə çıxış etdi”.


Create Account



Log In Your Account