Apr 27 2018 18:45
Views: 638

Bu gün Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi start götürüb. Qran-Pri çərçivəsində ilk olaraq Bakı şəhər halqasında Formula 2 yarışı üzrə sərbəst yürüşlər keçirilib. 45 dəqiqə davam edən sərbəst yürüşlər bitdikdə sonra bolidlərin trek sınağına start verilib. “Formula-1” pilotları start xəttinə çıxıblar. Daha sonra  Formula 2-nin sıralama turu keçirilib. Yarışda 10 komanda birincilik uğrunda mübarizə aparıb və hər komandanı 2 pilot təmsil edib. Onlar növbəti gün üçün sıralarını müəyyənləşdiriblər. Yürüş iştirakçıları 1,5 saat ərzində 6 kilometrlik Bakı trekində yarışıblar. Bu günün son yarışı saat 17-də başlayıb -  “Formula-1” iştirakçıları ikinci sərbəst yürüşlərini keçiriblər.

Günün sonunda  Böyük Britaniyanın məşhur qrupunun  konserti  və DJ Afrojackın iştirakı ilə əyləncə proqramı baş tutacaq. Aprelin 28-i və 29-u “Formula-1” Qran-prisi üçün əsas günlərdi. Sabah “Formula-2” yarışlarında birinci yarış, həmçinin “Formula-1”də üçüncü sərbəst yürüş və sıralama turu planlaşdırılır. Aprelin 29-da “Formula-2”də ikinci yarış təşkil olunacaq. Ardınca əsas mübarizəyə hazırlıq başlayacaq. Pilotların paradı, açılış mərasimi olacaq. Qran-prinin əsas yarışında 10 komandanın heyətində 20 pilot iştirak edəcək. Azərbaycan Qran-Prisində Fernando Alonso, Stoffel Vandorn, Markus Eriksson, Luis Hamilton, Serxio Peres, Esteban Okon, Niko Hülkenberq kimi tanınmış pilotlar yarışırlar.

Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Bolidlər burdan başlayaraq, Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar. Yarışın sonunda mərhələ qaliblərinin mükafatlandırılması və Dua Lipanın konserti nəzərdə tutulub. Yekunda Martin Solveig də azarkeşlər qarşısına çıxacaq.

 


Create Account



Log In Your Account