Nov 06 2017 18:31
Views: 1810

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti gələn ilin aprelində Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran Prisinin biletlərini satışa çıxarıb. Şirkətin kommersiya şöbəsinin rəhbəri Bülənt Özerdim  bildirdi ki, 2018-ci il Formula-1 Azərbaycan Qran Prisinə biletlər əlverişli qiymətlərlə təqdim olunur.  Noyabrın 6-dan dekabrın 31-dək həm xarici, həm də yerli avtoidman həvəskarları biletləri 20% endirimli qiymətlərlə əldə edə bilərlər.
Şirkətin təmsilçisinin sözlərinə görə, yerli sakinlər xüsusi endirimlərdən daha çox yararlana biləcəklər. Yalnız yerli sakinlərə yarış biletlərinin satışında ilboyu 25% endirim təqdim olunur. İndi isə onların biletləri az qala yarı qiymətə əldə etmək imkanı olacaq. İlkin endirim kampaniyası yalnız tribuna olan və 26-29 aprel tarixlərini əhatə edən 4 günlük biletlər üçün keçərlidir. Hər bir tribunada bu kampaniya üçün məhdud sayda yer ayrılıb. Biletlərin qiyməti tribunadan asılı olaraq 160-600 AZN arasında dəyişir.
Bülənt Özerdim 2017-ci il Azərbaycan Qran Prisinin uğurla keçdiyini deyib. Bildirib ki, dünyanın müxtəlif ölkələrindən sürət həvəskarları Qran-priyə böyük maraq göstəriblər. 
2018-ci il Formula-1 Azərbaycan Qran Prisi ilk dəfə yazda baş tutacaq. Aprelin 27-dən 29-dək dünyanın avto-idman həvəskarlarının diqqəti Bakıya yönələcək. Bu, Bakıda keçiriləcək sayca 3-cü Qran Pri olacaq.

 


Create Account



Log In Your Account