Apr 09 2018 18:27
Views: 450

Bu xəritədə Bakının mərkəzi hissəsi əks olunub. Bu, “Formula-1” pilotlarının marşrutudur. Onlar bir neçə dəfə bu marşrut üzrə yüksək sürətlə hərəkət edəcəklər. Xəritədə yollar iki rəngdə göstəilib. Qırmızı rəng o deməkdir ki, bura vətəndaşların girişi qadağandır. Mavi rəngli yollar isə avtomobil sürücüləri üçün təklif olunan alternativ yollardır. Təşkilatçılar piyadaların rahatlığı üçün maksimum şərait yaradıblar.
“Formula 1” zamanı paytaxtın mərkəzi küçələri üç zonaya bölünəcək. Birinci hissə İçəri Şəhər, ikincisi Azadlıq meydanı və ona yaxın əraziləri, üçüncü zona isə “BMT-nin 50 illiyi küçəsini əhatə edir. Məhdudlaşdırıcı zonada yaşayan vətəndaşlar öz maşınları üçün xüsusi buraxılış əldə etməli olacaqlar. Buraxılışları aprelin 12-dən 23-dək İçəri Şəhər Memarlıq qoruğundan və yerli mənzil istismar idarələrindən əldə etmək olar.
Azərbaycan Qran-Prisi aprelin 27-dən 29-dək keçiriləcək. Yarışın azarkeşləri üçün təhlükəsiz zonalar və tribunalar quraşdırılıb. Yeri gəlmişkən, bu il qala-konsertlərin hamısı Xəzər sahilindəki “Kristal Holl”da keçiriləcək. Ora tamaşaçıların daşınması üçün ayrıca avtobuslar ayrılacaq. Bakılılar və şəhərimizin qonaqlarını dünya ulduzlarI – Krstina Aqilera, Camiro Kvay və Dua Lipa öz çıxışları ilə sevindirəcəklər.


Create Account



Log In Your Account