Feb 12 2020 18:25
Views: 346

"Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar hər il ölkədə 10 min yeni iş yeri açılır". Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı beynəlxalq konfransda çıxışında deyib. Gənclər və idman naziri Azad Rəhimov Formula-1in multiplikativ effektindən danışıb. Bildirib ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisininin infrastruktur, kadr və turizm potensialı baxımından böyük faydaları var. Nazir hər il ölkəyə gələn 3 milyondan artıq turistin içərisində "Formula 1" azarkeşlərinin böyük yer tutduğunu bildirib. Son onilliklərdə Azərbaycanda idmanın əksər növləri üzrə yarışların keçirildiyini xatırladıb. Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycanın beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etdiyini vurğulayıb. Qeyd edib ki, Formula-1 Azərbaycana turist axınına əhəmiyyətli təsir göstərib. İcra baçısı yarışın paytaxt üçün faydalarından danışıb. AFFA-nın baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədov beynəlxalq yarışların keçirilməsi üçün Azərbaycanın kifayət qədər təcrübəyə malik olduğunu deyib. Onun sözlərinə görə, irimiqyaslı idman tədbirləri infrastruktur imkanlarının genişləndirilməsinə birbaşa təsir edib. AFFA baş katibi ötən il UEFA Avropa Liqasının Bakıda keçirilmiş final oyunu ilə əlaqədar 3 gün ərzində 38 min azarkeşin Azərbaycana gəldiyini vurğulayıb. Qeyd edək ki, 5-ci ildir keçirilən beynəlxalq konfrans Formula 1 Azərbaycan Qran-Prisinin 5 illiyi münasibətilə “İdman və şəhər” mövzusuna həsr olunub.


Create Account



Log In Your Account