Apr 27 2019 19:30
Views: 268

Formula 1-SOCAR Azərbaycan qran prisi    bu cempionatın bəzəyinə  çevrilib. Bu fikirləri   “Formula 1” yarışının rusiyalı şərhçisi Aleksey Popov CBC-yə müsahibəsində deyib.Yarışın marşrut xətti  tarixi İçərişəhər qalaları boyunca keçir.  4-cü dəfə təşkil olunan Formula 1 qran-prisinin Bakı mərhələsi  öz qeyri-adiliyi və sərt döngələri ilə seçilir.  
Qran-prinin ilk  3 mərhələsinin nəticələrini nəzərə alsaq bu il liderlik  Mersedes komandasındadır.Bəhreyndə və Çində birinci Luis Hemilton olub.Rusiyalı şərhçinin  sözlərinə görə  məhz  Formula 1-in  Bakı yürüşü   hazırkı vəziyyəti dəyişə bilər.
Bu gün Bakıda  Formula 1-SOCAR Azərbaycan qran prisinin  ikinci günüdür.Yarışda 10 komanda iştirak edir.Hər bir komandada 2 pilot yer alıb. Bolidlərin start və finiş xətti  Azadlıq meydanından başlayır.Formula 1-SOCAR Azərbaycan qran prisinin  əsas yürüşü  sabah keçiriləcək.


Create Account



Log In Your Account