Oct 16 2017 15:12
Views: 601

Gələn il Formula 1 Azərbaycan Qran prisinin keçirilməsi üçün hazırlıq işlərinə start verilib. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai deyir ki, növbəti mövsümdə yarışın əvvəlki illərlə müqayisədə iki ay tez keçirilməsi hazırlıq işlərinin  vaxtında yekunlaşmasına mane olmayacaq. Yeni mövsümdə Bakı Şəhər Halqasında xüsusi dəyişikliklər nəzərdə tutulmayıb.
2018-ci ilin Aprelində keçiriləcək yarışın biletlərinin noyabrdan satışa çıxarılması nəzərdə tutulub. Yeni mövsümdə əvvəlki illərlə müqayisədə Bakıya daha çox turistin gəlməsi proqnozlaşdırılır. Bununla belə tribunaların sayında dəyişiklik olmayacaq.  
Formula 1 yarışları keçirildiyi ölkəyə ən çox turist cəlb edən tədbirlərdən biridir. Britaniyanın “Formula Money” jurnalının araşdırmasına görə bu vaxtacan Formula 1-in keçirilməsindən ən böyük səmərəni Malayziya əldə edib. 1999-cu ildə Sepanqda keçirilən ilk yarışda ölkəyə 5.6 milyon turist səfər edib, 10 il sonra isə turistlərin sayı 24.6 milyona çatıb. Ötən iki ildə Bakıda keçirilən yarışlar da ölkəyə gələn turistlərin sayında artımla müşahidə olunub. 2017-ci ildə keçirilən yarışın  tamaşaçılarının sayı əvvəlki illə müqayisədə 30 faiz çox olub. Xarici turistrlərin sayında isə iki dəfə artım olub. Yarışlara tamaşa etmək üçün 65 müxtəlif ölkədən bilet sifariş edilib


Create Account



Log In Your Account