Apr 02 2018 18:40
Views: 644

Aprelin 27-də start götürəcək Formula-1 yarışlarına hazırlıq çərçivəsində marşallar üçün yanğından mühafizə ilə bağlı təlim keçirilib. Bakı Şəhər halqası Əməliyyat şirkəti və Fövqəladə Hallar Nazirliyinin birgə təşkil etdiyi təlim 3 gün davam edəcək. Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilən təlimin əsas məqsədi yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşalların nəzəri və praktiki bilikləri artırmaqdır.


Create Account



Log In Your Account