Nov 03 2017 14:02
Views: 883

2018-ci ildə keçiriləcək Formula-1 Azərbaycan Qran-prisi üçün bilet satışına noyabrın 6-dan start veriləcək. Bu barədə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai CBC-yə məlumat verib. Onun sözlərinə görə, ilk iki ay ərzində biletlər endirimli qiymətlərlə təklif olunacaq.
“Gələn həftədən – noyabrın 6-dan etibarən bilet satışına başlayırırq. Bilet almaq istəyən insanlar həm onlayn olaraq bizim saytdan, həm də şəhərimizdə yerləşən bilet satışı məntəqələrindən, İ-ticket məntəqələrindən biletləri əldə edə biləcəklər.  İki ay ərzində endirim kompaniyası olacaq. Və xüsusi olaraq qeyd edim ki, Azərbaycan vətəndaşları üçün xüsusi endirim nəzərdə tutulub. Yəni, biz hər il çalışırıq müəyyən kriteriyalara uyğun olaraq bilet satışlarımızı aparaq. Ümumilikdə 30-40 min bilet olacaq, çünki tribunaların sayı eyni olaraq qalır. Yəni ki, tribunalar artırılmır. Çünki şəhər treki olduğu üçün biz tribunaları elə quraşdırırıq ki, həm həm insanların rahatlığını nəzərə alaq, həm də onların təhlükəsizliyini».
Formula 1 Azərbaycan  Qrand Prisinin növbəti mövsümü üçün könüllülər proqramına da  artıq başlanılıb.  Proqramın elan edildiyi ilk iki gün ərzində minlərlə gənc qeydiyyatdan keçib.  Bu il könüllü seçimi zamanı namizədlərin xarici dil bilgisinin olmasına xüsusi   diqqət yetirilir.
Formula 1 Azərbaycan Qran Prisinin 2018-ci il mövsümü üçün marşal seçiminə də start verilib.   Elan edilən vakant yerlərə  21 yaşı tamam olan və “yarışın sürətini yaxından hiss etməyə hazır olan”  hər kəs müraciət edə bilər.
Bakı Marşal Klubu gələn il aprelin 27-dən  29-dək keçiriləcək Formula-1 Azərbaycan qran-prisinə 1150 marşal cəlb etmək niyyətindədir. İndiyədək Bakıda keçirilmiş Formula-1 yarışlarında yüksək peşəkarlıqla iştirak edən 1704 marşala beynəlxalq dərəcəli marşallıq lisenziyası verilib.  Ötən mövsüm marşallar Azərbaycan Qran Prisində 25 avtomobilin trekdən təxliyyə olunmasında iştirak ediblər.


Create Account



Log In Your Account