Apr 26 2019 14:54
Views: 339

Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində Bakı şəhər halqasında “Formula 2” yarışı üzrə sərbəst yürüşlərə start verilib. Bundan sonra isə günün ikinci yarısında “Formula 1” Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü keçiriləcək. Saat 15:00-də Formula 2-nin sıralama turu başlayacaq.

Yarışda 10 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı 2 pilot təmsil edir. Bakı Şəhər Halqasının marketinq şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib ki, “Formula 1” pilotları Azərbaycan Qran-Prisinə bu il də böyük həyəcanla gəliblər.


Create Account



Log In Your Account