May 04 2019 17:28
Views: 190

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu adi bir tədbir deyil, bütöv bir hərəkatdır. Bunu CBC-nin Xəbərlər buraxılışının qonağı - Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə bildirib.

Onun sözlərinə görə, forumda aparılan müzakirələrin ilkin nəticələri göstərir ki, “Bakı prosesi”nin nüfuzu və əhəmiyyətinin daha da artırılmasında bütün beynəlxalq təşkilatların marağı və arzusu var: “Dialoq Forumu dünya səviyyəsində tanınan bir platformaya çevrilib. Bakıda həyata keçirilən bu forum artıq qlobal bir prosesin parçasına çevrilib. Forum çərçivəsində 21 tədbir keçirilib ki, bunların hamısı dünyanı narahat edən qlobal məsələlərə həsr olunmuşdu”.


Create Account



Log In Your Account