May 02 2019 18:39
Views: 216

Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlər görüşü keçirilib. Dəyirmi masa formatında təşkil olunan tədbir “Dəqiq transformativ fəaliyyət üçün mədəniyyətlərarası dialoqun səfərbər olunması” mövzusuna həsr edilib. Görüşdə dünyada baş verən qarşıdurmalar, zorakılığın aradan qaldırılması, əməkdaşlığın qurulması, turizmin inkişafı və digər mühüm mövzularda çıxışlar dinlənilib. Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilən tədbirdə V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tarixi əhəmiyyətindən söz açılıb. Nazir deyib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT-nin illik hesabatında əsas platforma kimi qeyd olunub. Get-gedə Forumun mövzusu xeyli dəyişib və tədbirin mövzusu mövcud dünyanı narahat edən məsələləri əhatə edir.


Create Account



Log In Your Account