Sep 30 2019 19:56
Views: 191

Əməkdar incəsənət xadimi Əfqan Əsgərovun 90 illik yubileyi qeyd olunub. Oxucuların sadəcə Əfqan kimi tanıdığı yazıçı öz “Şahların şahı” romanını qonaqlara təqdim edib. 
“Şahların şahı” romanı tarixi həqiqətlərdən bəhs edir. Tədbirdə yazıçının həyat yolundan və yaradıcılığından bəhs olunub. Əfqan Əsgərov ilk səhnə əsərləri ilə şöhrət qazanıb. Onun “Sarı əlcək”, “O mənim oğlumdur”, “Dağ seli”, “Gülməyən adam” adlı pyesləri respublikamızın müxtəlif teatrlarında tamaşaya qoyulub. Tamaşaçıların xüsusi rəğbətini qazanan və teatrlarda ən çox oynanılan tamaşalardan biri “Qız atası” komediyasıdır. Yazıçının “Tamah dişi”, “Cənnət alması” komediyaları ən yaxşı səhnə əsərlərindən sayılır.


Create Account



Log In Your Account