Jul 16 2019 18:20
Views: 310

“Azərbaycanda sənaye, nəqliyyat və xidmət sahələri üzrə 11 Əfqanıstan şirkəti qeydiyyatdan keçib”. Bu barədə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən iqtisadi əməkdaşlığa dair Azərbaycan-Əfqanıstan İşçi Qrupunun iclasında deyib. Bildirib ki, bu günədək Əfqanıstan Azərbaycan iqtisadiyyatına 1,5 milyon dollar investisiya yatırıb. Onun sözlərinə görə, iki ölkə arasında inşaat materiallarının istehsalı, tikinti, rabitə, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilə bilər. Sahib Məmmədov bildirib ki, azərbaycanlı iş adamlarının Əfqanıstanda müəyyən layihələrdə iştirakı təşviq ediləcək.

Əfqanıstanın maliyyə naziri Mohamməd Humayun Qəyumu isə bildirib ki, iki ölkənin iş adamları arasında əlaqələrin qurulması iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Azərbaycan-Əfqanıstan işçi qrupunun ilk iclasının yekunları üzrə iki ölkə arasında əməkdaşlığa dair memorandum da imzalanıb.

 


Create Account



Log In Your Account