Mar 29 2019 16:28
Views: 266

Sabahdan etibarən Bakıda Frankofoniya həftələrinə start veriləcək. Aprelin 15-dək davam edəcək Frankofoniya həftələri on bir Avropa dövlətinin ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə reallaşacaq. Belə ki, nəzərdə tutulan mədəni tədbirlərin tam proqramını Fransa, Belçika, Kosta-Rika, Yunanıstan, Macarıstan, Mərakeş, Meksika, Moldova, Rumıniya, İsveçrə, Estoniya, Litva, Latviya səfirlikləri və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi təqdim edəcək.

Frankofoniya həftələri çərçivəsində rəsm sərgiləri və konsertlər təşkil olunacaq, uşaqlar üçün müxtəlif məşğuliyyətlər reallaşdırılacaq və mühazirələr deyiləcək. Həmçinin bir neçə ekran əsərinin nümayişi də nəzərdə tutulur.

Aprelin 6-da isə Fransadan olan dj Şlomo fransız dili sevərlərə klub musiqisi təqdim edəcək. Frankafoniya çərçivəsində Fransada fəaliyyət göstərən və bu ölkənin ən məşhur jurnalları ilə əməkdaşlıq edən azərbaycanlı fotoqraf Maya Bağırovanın sərgisi də təşkil olunacaq.  Hər bir ölkənin səfirliyi öz növbəsində Frankafoniya həftəsinə töhfəsini verməyə çalışacaq.

Qeyd edək ki, Beynəlxalq Frankofoniya Təşkilatı bu gün, fransız dili və insan hüquqlarına hörmət, qadınlar və kişilər arasında bərabərlik, ifadə azadlığı və s. kimi universal dəyərlər ilə birləşən 84 dövlət və dövlət qurumunu bir araya gətirir. Təşkilatın üzvlərindən 58-i daimi, 26-sı müşahidəçi statusuna malikdir.a


Create Account



Log In Your Account