Jun 13 2019 19:27
Views: 320

Fransada Azərbaycanın Dostları Assosiasiyası bu ölkənin Qrenobl məhkəməsinin Dağlıq Qarabağda yaradılmış qondarma rejimlə Fransa kommunaları arasında imzalanmış “dostluq xartiyalarını” ləğv etməsini alqışlayır. Bunu Assosiasiyanın prezidenti Jan Fransua Mansel CBC-yə açıqlamasında deyib. Bildirib ki, məhkəmə qondarma marionet rejiminin nümayəndləri ilə Valans, Bur-de-Valans, Bur-de-Peak inzibati əraziləri arasında imzalanmış "Dostluq haqqında xartiya”ları qanuni hesab etməyərək ədalətli qərar çıxarıb.

Jan Fransua Mansel sözügedən rayonların əhalisinə müraciət edib.

Xatırladaq ki, bundan əvvəl  mayın 29-da Fransanın Serji-Pontuaz inzibati tribunalı da Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış "Dostluq haqqında xartiya”nı ləğv edib. Qrenobl şəhər məhkəməsinin bu addımı Serji-Pontuaz inzibati tribunalının qəbul etdiyi qərarın məntiqi davamı sayılır.

Politoloq hesab edir ki, Fransa məhkəməsi bu qərarı ilə ölkəsinin beynəlxalq hüquqa olan hörmətini bir növ bərpa etmiş olub. Ekspetlərin fikrincə bu qərarlar həm də gələcəkdə qondarma rejimlə “əməkdaşlıq” etmək istəyənlər üçün dərs olmalıdır. Xatırladaq ki, bundan əvvəl Azərbaycan xarici işlər nazirliyi Fransa ədliyyə orqanlarının bu cür qərarlarını Azərbaycanın işğal edilmiş torpaqlarında formalaşdırılmış qondarma qurumla əməkdaşlıq etmək istəyən hakimiyyət rəsmilərinin sonunu gətirəcək hüquqi presedent adlandırıb.    


Create Account



Log In Your Account