Apr 22 2019 18:21
Views: 713

Bu günlərdə Fransanın Nant şəhərində Azərbaycan məktəbinin açılışı olub. Bu məktəb Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə əsasən azərbaycanlıların kompakt yaşadığı Nant şəhərində yaradılıb. Məktəb üçün kirayəyə götürülən yeri 3 ay ərzində Fransa Azərbaycanlılarının Koordinasiya Şurası və Azərbaycan İcması təmir edib. “Qarabağ” məktəbi adlandırılan təhsil ocağında oxumaq üçün ərazidə yaşayan ailələrdən 25 uşaq qeydiyyatdan keçib.

Tədbirdə çıxış edən Fuad Muradov Məktəbə “Qarabağ” adının verilməsinin xüsusi bir siyasi məna kəsb etdiyini, gələcəkdə bu adda məktəblərin açılmasının daha da geniş vüsət alacağını bildirib. Bu cür uğurlu layihələrin davamlı olmasının vacibliyini qeyd edən sədr Fransada Azərbaycan və türk diasporlarının birgə fəaliyyətinin vacibliyindən də danışıb. Türkiyənin Nantdakı baş konsulu Ebrar Çubukçu Nantda Azərbaycan məktəbinin açılmasını vacib və əhəmiyyətli addım kimi qiymətləndirib. Bildirib ki, bu məktəblə şəhərdəi türk dərnəyi arasında sıx əlaqə qurulacaq. Açılış mərasimində çıxış edənlər Fransada belə bir məktəbin yaradılmasının mühüm addım olduğunu diqqətə çatdırıblar.

Yeni məktəbin kitabxanasında Azərbaycan haqqında həm fransız, həm də Azərbaycan dilində kitablar toplanıb. Gələcəkdə bu kitabxananın Komitə tərəfindən daha da zənginləşdirilməsi nəzərdə tutulub. Mərasimdə uşaqlar şeirlər söyləyib, “Sarı gəlin” mahnısının sədaları altında rəqs edib, yallı gediblər.


Create Account



Log In Your Account