Feb 07 2019 18:40
Views: 467

Üç aydır Fransada davam edən iğtişaşlar və hökumətə qarşı etirazlar fonunda prezident Emmanuel Makronun erməni məsələsini gündəmə gətirməsi təəccüblüdür. Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Cavanşir Feyziyev deyir ki, məsələnin tarixi aspektləri də Fransanın xeyrinə deyil. Çünki 1915-ci il hadisələrində ermənilərdən daha çox osmanlı türklərinin soyqırıma məruz qaldığı bəllidir.

Fransadakı türk diaspor təşkilatları isə prezident Makronun açıqlamasına təəccüblənmirlər. Çünki Makron seçki zamanı Fransada yaşayan 500 min erməni əsilli seçicilərinə məhz bunu vəd vermişdi. Fransada yaşayan jurnalist Engün Akgürbüz hesab edir ki, Türkiyə də Fransaya eyni cür münasibət sərgiləməlidir – Fransanın indiyədək Əlcəzairdə, Afrikada, Vandedə törətdiyi qırğınları soyqırım kimi tanımalıdır.

Fransadakı türk diasporu aktiv fəlaiyyətə keçməyə hazırlaşır. Bu ölkədə yaşayan türklər Makronun bəyanatının hüquqi müstəviyə keçməsinin qarşısını almaq üçün aksiyalar keçirəcək. Fransadakı türk diaspor təşkilatının rəhbəri Tahsin Tek deyir ki, hazırda bu ölkədə 810 min türk əsilli insan yaşayır. Məhz seçici faktorundan istifadə etməklə, Fransa hökumətini bu məsələdə geri addım atmağa məcbur etmək olar.

Erməni Təşkilatları Əlaqələndirmə Şurasının rəsmi qəbul naharında çıxş edən Fransa prezidenti 24 aprel tarixini “erməni soyqırımını anma günü” elan edib. Fransa 2001-ci ilin 29 yanvarında 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan ilk ölkələrdən biridir. Fransadakı türk diasporunun səyi ilə “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqqında qanunun qəbulunun qarşısı alınıb. İndi bu qurumlar Avropada yaşayan beş milyon türkün köməyinə arxalanaraq Fransa prezidentini geri addım atmağa məcbur etmək niyyətindədir.


Create Account



Log In Your Account