Mar 16 2019 16:28
Views: 336

Prezidentin bəzi çoxmənzilli binaların istismarına icazənin sadələşdirilməsi ilə bağli verdiyi sərəncamın icrası çərçivəsində artıq sənədləşmə prosesinə start verilib.  Sərəncamın əhatə dairəsinə uzun müddətdir yaşayış olan amma rəsmi olaraq istismara qəbul olunmayan binalar daxil olub. Artıq Bakı şəhərində yerləşən bir neçə çoxmənzilli binanın iqtismara qəbul olunma prosesi yekunlaşıb. İndiyədək ümumilikdə  6 çoxmənzilli bina rəsmi olaraq istismara verilib. Prezident Administrasiyasının nümayəndəsi Feyruz Mustafayev bildirib ki, dövlət başçısı fərdi evlərin də rəsmi istismara qəbul olunması ilə bağlı təkliflər hazırlanması barədə tapşırıq verib.
Əmlak Məsələləri Dövltə Komitəsi fərmanda nəzərdə tutulmadığı halda icra prosesini surətləndirmək məqsədilə Badamdarda yerləşən çoxmənzilli binalardan birinin sakinləri üçün səyyar çıxarış müraciəti məntəqəsi təqdim edib. Mobil ofislərdə bina sakinlərin ərizələri qəbul olunub.
Uzun illərdir yaşayış olan çoxmənzilli binada 561 mənzil var ki, onun da 50 %dən çoxu istismar olunur . Rəsmi sənədləşmə prosesində iştirak edən bina sakinləri prezidentin sərəncamının mülkiyyət hüquqların qorunması baxımından önəmli olduğunu düşünür. 
Qeyd edək ki, prezident İlham Əliyevin fevralın 19-da imzaladığı sərəncamda göstərilir ki,  2 ay ərzində Fövqaladə Hallar Nazirliyi Bakı şəhərində yerləşən çoxmənzilli binaların dayanıqlılığını, yanğından mühafizə, standartlara cavab verməsini yoxlayır və rəy tərtib edir. Bundan sonra 2 gün əzində Dövlət Şəhərsalma və Arxitektura  komitəsinə göndərilən rəy əsasında binalar rəsmi olaraq istismara qəbul olunur.  Fərmanın icrası ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində xüsusi qərargah yaradılıb.


Create Account



Log In Your Account