Oct 04 2019 19:14
Views: 302

Bir zamanlar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi olmuş, daha sonra bütün dünyada adını tanıtdırmağı bacaran Fərman Salmanovun adına elə həmin universitetdə Elm və Tədris Mərkəzi açılıb. Mərkəzin açılışında SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Rusiya Federasiyasının Bakıdakı səfiri Mixail Boçarnikov və digər rəsmilər iştrak edib. Onlar görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru Fərman Salmanovun nəhəng neft və qaz yataqlarının kəşf edilməsində müstəsna xidmətlərindən danışıblar.
Ali təhsilini başa vurduqdan sonra Fərman Salmanov Kuzbasa neft-qaz yataqlarının kəşfiyyatına göndərilir. O, tezliklə Kuzbasın heç bir neft-qaz potensialının olmadığını anlayır və Sovet rəsmilərinin icazə olmadan kəşfiyyat qrupundan olan könüllülərlə Sibirin Surqut bölgəsinə getməyi qərara alır. O zaman Sovet geoloji dairələri Sibiri perspektivsiz ərazi olduğunu qeyd edirdi. Rəsmi dairələr Salmanovun bu qərarına görə ona qarşı cinayət işi qaldırmaq istəyirlər, lakin sonradan Surqutda kəşfiyyata raziliq verilir. Fərman Salmanovun yolunu qardaşı oğlu Əhməd Salmanov davam etdirir. Əhməd Salmanov geoloqdur və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dərs deyir. Alimin qardaşı oğlunun sözlərinə görə, elmi nailiyyətləri ilə yanaşı şəxsi keyfiyyətləri ilə də yaddaşlara həkk olunmağlı bacarıb.
Surqut şəhərində yaşayan Fərman Salmanovun oğlu İlya Salmanov da atası haqda xatirələrini bölüşüb.
"Mən neft tapmışam. Bax belə". Salmanov Üst-Balıqda ikinci neft-qaz yatağını kəşf etdikdən sonra Kommunist Partiyasının lideri Nikita Xruşşova məktubda belə yazır. Artıq Megion yatağının kəşfindən sonra Sibir qısa müddətə ölkə iqtisadiyyatının əsas aparıcı qüvvəsi idi. Fərman Salmanov ömrünün 50 ilini Sovet İttifaqı və Rusiya Federasiyasının neft-qaz sənayesinə həsr edib.  
100-dən çox nəhəng neft-qaz yatağını kəşf edib və ya onların kəşfində iştirak edib. Bu  ilin may ayında Rusiyanın Surqut hava limanına görkəmli azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib.


Create Account



Log In Your Account