Mar 18 2019 18:23
Views: 406

“Novruz bayramı xalqımızın uzaq keçmişi ilə bağlı birlik, qardaşlıq bayramı, xalq şənliyidir”. Bu fikir  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Novruz bayramı və ilaxır çərşənbəyə həsr olunmuş tərbirdə səsləndirilib. Qeyd olunub ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-maddi Mədəni irs üzrə Respezentativ siyahısına daxil edilib. Tədbirdə ölkəmizdə yaşayan bütün etnik qrup və dini icmaların nümayəndələri çıxış edib. Qeyd olunub ki, Novruz bayramı dini və milliyətindən asılı olmayaraq bütün insanları birləşdirən bayramdır.

Novruz bayramı sülh və inkişaf naminə xalqları birləşdirir. O baharın gəlişi ilə səsləşir, mənəvi təmizlik, birlik və qarşılıqlı yardımlaşmanın rəmzi.

Novruz bayramı Azərbaycanın tarixində xüsusi yer tutur və Odlar Yurdunun bütün sakinləri üçün vacib bayramdır.

Novruz fərqli adlarla bir çox ölkələrdə qeyd olunur Bu işıqlı bayramın tarixi qədimlərə gedərək milyonlarla insanı birləşdirir. İnsanlara sevinc, işıqlı ümidlər və sülh vəd edir.


Create Account



Log In Your Account