Feb 20 2019 16:32
Views: 428

Xalq artisti Fuad Poladovun şəxsi əşyaları Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr muzeyinin kolleksiyasına verilib. May ayında aktyorun vəfatının ildönümü tamam olur. Muzey aktyorun şəxsi əşyalarında ibarət sərgi təşkil etməyi planlaşdırır.

Fuad Poladova məxsus olan qol satı, eynək, aktyorun çox sevdiyi şərfi, heç vaxt istifadə etmədiyi, lakin həmişə qoruyub saxladığı üzüyü - bütün bu əşyalar Dövlət Teatr Muzeyinin fonduna təhvil verilb. Tezliklə bu əşyalar sərgidə geniş auditoriyaya təqdim olunacaq.

Eksponatlar arasında aktyorun Şah Qacar tamaşasından yazdığı mətn, tələbə bileti, həyatının 40 ilini həsr etdiyi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının vəsiqəsi də var. Fuad Poladov Səməd Vurğun adına Rus Dram teatrında da az əmək sərf etməyib. Kolleksiyada  Rus Dram Teatrında aktyorun rol aldığı tamaşanın sonuncu premyerasının rekvizitləri də yer alıb - “Bliss ailəsi” tamaşasında Fuad Poladovun qəhrəmanına məxsus olan Qəlyan və fit.

Xalq Artisti Fuad Poladov sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib. Teatr və kino aktyoru, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı kimi tanınıb. 40 yaşında Xalq artisti adına layiq görülüb. May ayının 5-də aktyorun vəfatının ildönümü tamam olur. May ayının 24-də isə aktyorun doğum günüdür. Fuad Poladov adı Azərbaycanın kino və teatr tarixinə yazılmış sənətkarlardandır.


Create Account



Log In Your Account