Jun 11 2018 18:07
Views: 384

“Salam Moskva!” 70 yaşlı alman Hubert Virt bir neçə gün sonra Rusiyada başlayacaq futbol üzrə dünya çempionatına üzərində məhz bu sözlər yazılmış traktorla gedir. Virt bu önəmli idman bayramını evində televizorda seyr etmək niyyətində deyil. Ona görə də öz traktoruna minib və Moskvaya üz tutub. 

3 gün ərzində Hubert sevimli iti ilə birlikdə 2 min km yolu qət edib. Özü də 1936-cı ildə istehsal olunan bu traktor saatda 30 km-dən çox yol gedə bilmir. Alman futbol fanatı hesab edir ki, bu sürətlə dünya çempionatına vaxtında çatacaq. Alman Virt yolda dincələ bilmək üçün traktoruna pivə çəlləyi formasında otaq da birləşdirib. Virt artıq Polşanı keçib gedib və indi Belorus yolları ilə Moskvaya tərəf istiqamətlənib.  

Bu arada dünyanın hər yerindən futbol komandaları da Moskvaya toplaşırlar. Rusiya paytaxtında Portuqaliyanın yığma komandasının üzvləri və baş məşqçisi Kriştianu Ronaldonu duz-çörəklə qarşılayıblar. Argentinanın hücumçusu Leonel Messi də artıq Moskvadadır. O, müsahibələrində qeyd edib ki, karyerasının gələcəyi bu çempionatın nəticəsindən asılıdır. 

Bu il dünya çempionatının gedişində bəzi dəyişikliklərin olacağı gözlənilir. Hakimlərə yardım üçün nəzərdə tutulan video sistemin tətbiqi ilə bağlı mübahisələr aparılır. Çoxlarının tənqidinə baxmayaraq, FİFA prezidenti Canni İnfantino sistem haqqında müsbət fikirlər söyləyir. 

Çempionat çərçivəsində ilk oyun Lujniki stadionunda Rusiya və Səudiyyə Ərəbistanı komandaları arasında keçiriləcək. Oyundan yarım saat əvvəl yarışmanın açılış mərasimi olacaq. Futbol azarkeşləri qarşısında məşhur ingilis müğənnisi Robbi Uilyams çıxış edəcək. Onu Vyana operasının solisti Aida Qarifullina müşayiət edəcək. Çempionatın açılışında futbol üzrə ikiqat dünya çempionu braziliyalı Ronaldo da iştirak edəcək.


Create Account



Log In Your Account