Mar 18 2019 17:53
Views: 1134

 “431 nəfərin əfv edilməsi ilə bağlı Sərəncamın imzalanması dövlət başçısının ədalət, humanizm və mərhəmət prinsiplərinə əsaslandığını göstərir”. Bunu CBC-yə açıqlamasında tanınmış hüquq müdafiəçisi Əliməmməd Nuriyev prezidentin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı şərh edərkən deyib. Azad edilmiş şəxslər arasında cəmiyyətin müxtəlif təbəqələrinə aid şəxslərin olmasını yüksək qiymətləndirib.

Hüquq müdafiəçisi bildirib ki, bu, Azərbaycanda sayca 65-ci əfv sərəncamıdır. İndiyədək imzalanan əfv sərəncamları ümumilikdə 8 minə yaxın şəxsi əhatə edib. Onların mütləq əksəriyyəti azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad olunublar. Bu Sərəncam ümumilikdə yüzlərlə ailəyə, minlərlə insana sevinc bəxş edib.

Sərəncamın əfv edilmiş şəxslərə yeni şans verdiyini vurğulayan hüquqşünas ümid edir ki, onlar bu şansdan yararlanacaqlar. Həbsxanadan azad edilən bu şəxslər bundan sonra dövlət quruculuğunda iştirak edəcəklər.


Create Account



Log In Your Account