Oct 03 2019 19:16
Views: 210

Bakıda fiziki məhdudiyyətli gənclərin problemləri ilə bağlı beynəlxalq konfrans keçirilir. Konfransda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ukrayna, Gürcüstan da daxil olmaqla 13 ölkədən nümayəndələr iştirak edir. 
Konfransın keçirlməsinin əsas məqsədi fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Fiziki məhdudiyyətli gənclərlə aparılan sosial işdə innovativ texnologiyaların tətbiqi, əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyanın müddəalarının təşviqi, monitorinqi və icrası, MDB və Avropa İttifaqı ölkələrində fiziki məhdudiyyətli insanların məşğulluğu, peşəkar həyatı və əmək fəaliyyəti diqqət mərkəzində olacaq.


Create Account



Log In Your Account